Sadiq Gözəlov DİN-dəki vəzifəsindən azad edilib

Sadiq Gözəlov DİN-dəki vəzifəsindən azad edilib Daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, polis polkovniki Sadiq Gözəlov vəzifəsindən azad edilib
Hadisə
15 Fevral , 2021 10:24
Sadiq Gözəlov DİN-dəki vəzifəsindən azad edilib
Sadiq Gözəlov

Daxili işlər orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru, polis polkovniki Sadiq Gözəlov vəzifəsindən azad edilib.

“Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, S.Gözəlov işdən çıxarılıb. Onun yerinə hələlik təyinat yoxdur.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, S.Gözəlov daha əvvəl DİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2017-ci ildə həmin vəzifəsindən təqaüdə göndərilərək Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru təyin edilib.

Son xəbərlər

Orphus sistemi