Sabunçuda yaşlı qadını avtomobil vurub

Sabunçuda yaşlı qadını avtomobil vurub Sürücü saxlanılıb
Hadisə
19 iyun 2017 04:26
Sabunçuda yaşlı qadını avtomobil vurub
Report.az

Bakı. 19 iyun. REPORT.AZ/ Paytaxtın Sabunçu rayonunda yaşlı qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, Hacıyeva Təranə Yusif qızı Zabrat qəsəbəsində yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.

Orphus sistemi