Sabunçuda evdən 4000 ABŞ dolları və 1300 türk lirəsi oğurlanıb

Hadisə
  • 23 noyabr, 2018
  • 08:58
Sabunçuda evdən 4000 ABŞ dolları və 1300 türk lirəsi oğurlanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakıda evdən 4000 ABŞ dolları və 1300 türk lirəsi oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Sabunçu rayon Polis idarəsinin 14-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 22-nə keçən rayon ərazisindəki evlərin birindən 4000 ABŞ dolları və 1300 türk lirəsi oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini Əfsanə Məmmədova saxlanılıb.