Sabunçu rayonunda piyadanı maşın vurub öldürüb

Sabunçu rayonunda piyadanı maşın vurub öldürüb Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
18 Oktyabr , 2019 23:45
Sabunçu rayonunda piyadanı maşın vurub öldürüb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Zabrat qəsəbəsi ərazisində yerləşən "Seyid" marketin yaxınlığında qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Kərimova İsminaz Xudayar qızı yolu keçmək istəyərkən maşın vurub.

O, sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Faktla bağlı rayon polis idarəsində cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi