Sabunçu rayonunda 4 nəfər yanğından xilas olunub

Sabunçu rayonunda 4 nəfər yanğından xilas olunub Sabunçu rayonunda ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansarda tipli evin zirzəmisində 1 ədəd kondisioner, 1 ədəd televizor və 3 ədəd xalça yanıb
Hadisə
1 Mart , 2021 22:30
Sabunçu rayonunda 4 nəfər yanğından xilas olunub

Bakıda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 460 m² olan ikimərtəbəli mansarda tipli evin zirzəmisində 1 ədəd kondisioner, 1 ədəd televizor və 3 ədəd xalça yanıb. Yüksək temperaturdan divar 5 m² sahədə qarsalanıb və 2 ədəd elektrik sobası əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər xilas olunub.

Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Son xəbərlər

Orphus sistemi