Sabunçu rayonunda 23 yaşlı gənci avtomobil vurub

Hadisə
  • 12 noyabr, 2019
  • 02:16
Sabunçu rayonunda 23 yaşlı gənci avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Həsənov Tural Qalib oğlu yolu keçərkən onu maşın vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol diz oynağının əziyi və qapalı travması diaqnozu qoyulub.