Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə verilib

Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə verilib “Xidmət” fərdi müəssisəsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edib
Hadisə
19 İyun , 2017 10:02
Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə verilib

Bakı. 19 iyun. REPORT.AZ/ “Xidmət” fərdi müəssisəsi Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

“Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən müəssisə iddiaçının hüquqlarının həyata keçirilməsinə edilən müdaxilələr və fəaliyyətinin məhdudlaşdırılmasına yönələn hərəkətlərin qanunsuz sayılması və onların qadağan edilməsi və s. barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan “Xidmət” fərdi müəssisəsi apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi