Şabran rayonunda dördmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
"Report"un yerli bürosunun məlumatına görə, yanğın nəticəsində binanı qatı tüstü bürüdüyündən sakinlər dərhal təxliyyə olunub.
Hadisə nəticəsində 3 nəfər tüstüdən zəhərlənib. Tüstüdən zəhərlənən sakinlər Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara müvafiq tibbi yardım göstərilib.
Yanğının elektrik şəbəkəsində baş verən qısaqapanmadan yarandığı ehtimal edilir.
Yanğın söndürülüb, alovun böyüməsinin qarşısı alınıb.
*** 12:15
Şabran rayonunda Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı dördmərtəbəli binada yanğın başlayıb.
"Report"un Şimal bürosunun məlumatına görə, hazırda sakinlər binadan təxliyyə olunurlar.
Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, eləcə də Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili-tibbi yardım briqadaları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.