Şabranda yanğınla əlaqədar müvəqqəti postlar yaradılıb

Şabranda yanğınla əlaqədar müvəqqəti postlar yaradılıb Mülkü obyektlər yanğından tam mühafizə edilib
Hadisə
10 İyul , 2022 23:24
Şabranda yanğınla əlaqədar müvəqqəti postlar yaradılıb

"Şabran rayonunun Ağalıq kəndində mülki obyektlər yanğından tam mühafizə edilib".

"Report"un Şimal burosu xəbər verir ki, bunu FHN-nin Şimal Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin rəisi Ramin Vəlixanov bildirib.

O qeyd edib ki, Şabran rayonunda yanğın baş verən ərazidəki sakinlər təxliyə edilib və ərazidəki bütün mülki obyektlər yanğından mühafizə edilib. Vətəndaşların təhlükəsizliyi üçün yanğın baş verən ərazidə müvəqqəti postlar qurulub və giriş-çıxış məhdudlaşdırılıb.

Bildirilib ki, avtomobillərin gediş-gəlişi alternativ yollar vasitəsilə həyata keçirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi