Şabranda tanışını bıçaqlayan 68 yaşlı keçmiş məhkum məhkəmə zalında həbs edilib

Şabranda tanışını bıçaqlayan 68 yaşlı keçmiş məhkum məhkəmə zalında həbs edilib Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını sərxoş vəziyyətdə bıçaqlamaqda təqsirləndirilən 68 yaşlı Əmrəddin Nuriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
25 Yanvar , 2018 17:54
Şabranda tanışını bıçaqlayan 68 yaşlı keçmiş məhkum məhkəmə zalında həbs edilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını sərxoş vəziyyətdə bıçaqlamaqda təqsirləndirilən 68 yaşlı Əmrəddin Nuriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Nuriyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə ötən il Şabran rayonunda baş verib. Ə.Nuriyev bir evdə yaşadığı tanışı Əvəz Süleymanovu məişət zəminində bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Ə.Nuriyev polis tərəfindən saxlanılıb, lakin istintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Məlumata görə, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub.

Xatırladaq ki, Ə.Nuriyev dəfələrlə cinayət törətdiyi üçün məhbus həyatı yaşayıb. O, ilk dəfə 1971-ci ildə həbs olunub. Daha sonra 1978-ci, 1988-ci, 1991-ci, 1993-cü, 1994-cü və 2010-cu illərdə məhbusluq həyatı yaşayıb. Ə.Nuriyev xuliqanlıq, adam öldürməyə cəhd, adam bıçaqlamaq, zorlamağa cəhd cinayətlərini törədib.

Ümumilikdə, Ə.Nuriyev ömrünün 27 ilini həbsdə keçirib.

Son xəbərlər

Orphus sistemi