Şabranda yük maşını aşıb, yaralılar var - ƏLAVƏ OLUNUB

Şabranda yük maşını aşıb, yaralılar var - ƏLAVƏ OLUNUB Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub
Hadisə
2 Noyabr , 2016 10:44
Şabranda yük maşını aşıb, yaralılar var - ƏLAVƏ OLUNUB

Bakı. 2 noyabr. REPORT.AZ/ Şabran rayonunda yük maşının iştirakı ilə baş tutan qəzada xəsarət alan yaralılardan biri  Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un Şimal bürosuna verilən məlumata görə, hadisə zamanı ağır bədən xəsarətləri alan Siyəzən rayon sakini 1996-cı il təvəllüdlü Rəhim Süləddin oğlu Bəşirov əməliyyat olunub: "Onun vəziyyəti ağır olaraq qalır".

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Quba rayon sakini 1958-ci il təvəllüdlü Telman Cəlilulla oğlu Allahverdiyev Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralı Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

***

Şabran rayonunda yük maşınının iştirakı ilə qəza baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Qəndab-Yalama avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Yaralıların olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi