Şabranda qadın dəm qazından boğularaq ölüb
Hadisə
- 25 sentyabr, 2023
- 07:00
Şabran rayonunda 55 yaşlı qadın dəm qazından boğulub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Dəvəçikənd sakini, 1968-ci il təvəllüdlü Əhmədova Rəsmiyyə Qazəhməd qızı yaşadığı evdə hamam otağında huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərildikdən sonra o, Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:17
FT: London Aİ-ni Britaniyanı "Avropada istehsal olunub" proqramına daxil etməyə çağıracaq
Digər ölkələr04:46
KXDR rəsmisi: ABŞ və müttəfiqlərinin hərbi təlimləri regionda sabitliyi pozur
Digər ölkələr04:29
"NBC News": ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr04:07
ÜST: Konqoda Ebola epidemiyası yayılmaqda davam edir
Digər ölkələr03:38
ABŞ və Litva nadir yeraltı metallar üzrə saziş imzalayıblar
Digər ölkələr03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58
ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
Digər ölkələr02:45
ABŞ Kuba ilə əlaqəli 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Digər ölkələr02:21