Şabranda daşla dolu "KamAz" dərəyə aşıb - FOTO

Şabranda daşla dolu "KamAz" dərəyə aşıb - FOTO Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
5 Dekabr , 2016 12:59
Şabranda daşla dolu KamAz dərəyə aşıb - FOTO

Şabran. 5 dekabr. REPORT.AZ/ Şabran rayonunda mişar daşı ilə dolu olan "KamAz" markalı yük maşını dərəyə aşıb. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba magistralının Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, Xaçmaz rayon sakini 1978-ci il təvəllüdlü Samir Əsədulla oğlu Abbasov idarə etdiyi 27-BU-951 dövlət qeydiyyat nömrə nişanlı, "KamAz" markalı yük maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib və dərəyə aşıb.

Qəza nəticəsində sürücü deformasiyaya uğrayan yük maşınında sıxılaraq qalıb. Ətrafdakıların köməyi ilə sürücü maşından çıxarılıb və təcili tibbi yardım maşını ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı Travmatologiya şöbəsinə yerləşdirilib və onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi