Şabranda avtomobillər toqquşub, sürücülər xəsarət alıb

Şabranda avtomobillər toqquşub, sürücülər xəsarət alıb Şabranda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
28 İyul , 2021 00:35
Şabranda avtomobillər toqquşub, sürücülər xəsarət alıb

Şabranda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayon ərazisində "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüləri, Şabran rayon sakinləri - 1990-cı il təvəllüdlü Sahib Cavanşir oğlu Nəsirov və 1994-cü il təvəllüdlü Xıdır Ramiz oğlu Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi