Şabranda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Hadisə
- 05 mart, 2024
- 11:15
Şabran rayonunda avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.
"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Gəndob kəndi ərazisində "Hyundai - Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində Bakı şəhər sakini - 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində ölüb.
Bakı şəhər sakini, 2023-cü il təvəllüdlü Nuray Kazımova, Xaçmaz şəhər sakinləri - 1976-cı il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı və 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu ağır bədən xəsarətləri alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:12
Foto
Belqradda Srebrenitsa soyqırımının qurbanları anılıb
Digər ölkələr02:05
DÇ-2026: Norveç - İngiltərə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-4
Futbol01:48
Aİ Çindən asılılığı azaltmaq istəyən şirkətlər üçün dəstək mexanizmi hazırlayır
Digər ölkələr01:14
Azərbaycan gimnastları Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
Fərdi00:37
Media: Avropa ölkələri Hörmüz boğazından keçid üçün rüsum ödəməyə razı ola bilər
Digər ölkələr00:08
Azərbaycan güləşçisi Hacı Kərimov Avropa çempionu olub
Fərdi00:00
Tovuz döyüşlərindən 6 il ötür
Hərbi23:53
CNN: Oman Hörmüz boğazında gəmiçiliyin iki sahəyə bölünməsini təklif edib
Digər ölkələr23:32