Sabirabadda qəzaya düşən mikroavtobusda ölən və yaralananların adı məlum olub - TAM SİYAHI

Sabirabadda qəzaya düşən mikroavtobusda ölən və yaralananların adı məlum olub - TAM SİYAHI Mikroavtobusda sürücü ilə birlikdə 12 nəfərin olduğu bildirlir
Hadisə
11 Sentyabr , 2017 13:27
Sabirabadda qəzaya düşən mikroavtobusda ölən və yaralananların adı məlum olub - TAM SİYAHI

Sabirabad. 11 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub. 

"Report"un Aran bürosunun məlumatına görə, 1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev idarə etdiyi sərnişin mikroavtobusu ilə hərəkətdə olan zaman idarə etməni itirib və mikroavtobusu aşırıb.

Nəticədə iki nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Ölənlər:

1946-cı il təvəllüdlü Teymur Zərbəliyev;

1993-cü il təvəllüdlü Gülzar Abbasova.

Yaralılar:

1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev;

1974- cü il təvəllüdlü Bəylər Dədəkişi oğlu Quluzadə;

1991- cu il təvəllüdlü Kamran Rail oğlu Ələkbərov;

1992- ci il təvəllüdlü Amil Məmməd oğlu Əhmədov;

1968- ci il təvəllüdlü Şəhla Məmmədağa qızı Abbasova;

1957- ci il təvəllüdlü Böyükkişi Böyükağa oğlu Ağayev;

1963 - cü il təvəllüdlü Zeynəb Sadıq qızı Novruzova;

1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov.

Qeyd edək ki, yaralılardan dördünün vəziyyətinin ağır oğlduğundan Bakıdakı özəl klinikalardan birinə köçürlüb.


***12:29

Sabirabad. 11 sentyabr. REPORT.AZ/ Sabirabd rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Muğan prospektində baş verib. 

Belə ki, sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Qəzaya düşən mikroavtobusda sürücü ilə birlikdə 12 nəfərin olduğu bildirlir. 

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi