Sabirabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Sabirabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Sabirabadda baş verən zəncirvari qəza zamanı xəsarət alanlar var.
Hadisə
14 Oktyabr , 2023 06:45
Sabirabadda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Sabirabadda baş verən zəncirvari qəza zamanı xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən axşam şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki “Mersedes” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza nəticəsində rayonun Şıxlar kənd sakini 1995-ci il təvəllüdlü Rzayev Samid Bayram oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yüngül xəsarət aldığından şəxsiyyəti məlum olmayan bir nəfər ilk tibbi yardımdan imtina edib. S.Rzayev isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi