Sabirabadda qadın sirkə turşusundan zəhərlənib

Hadisə
  • 04 avqust, 2019
  • 06:34
Sabirabadda qadın sirkə turşusundan zəhərlənib
"Report"

Sabirabad rayonunda zəhərlənmə hadisəsi olub.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Kürkəndi kəndində 1997-ci il təvəllüdlü yerli sakin Əsgərova Göyçək Allahverdi qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.