Sabirabadda müəllim bıçaqlandı

Hadisə
  • 27 fevral, 2020
  • 16:44
Sabirabadda müəllim bıçaqlandı
google.az

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, Səyyarə Gözəlova adlı müəllim qohumu tərəfindən bıçaqlanıb. 

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.