Sabirabadda hamamda qadın meyiti aşkarlanıb

Hadisə
  • 16 yanvar, 2023
  • 16:15
Sabirabadda hamamda qadın meyiti aşkarlanıb

Sabirabad şəhəri, Vidadi küçəsi 89 ünvanında hamamda qadın meyiti aşkarlanıb.

“Report”un Aran bürosunun məlumatına görə, meyit 1974-cü il təvəllüdlü Rəhimova Şəlalə Zakir qızına məxsusdur.

Ş.Rəhimovanın dəm qazından boğulduğu güman edilir.

Faktla bağlı araşdırma aparılır.