Sabirabadda çoban intihar edib - YENİLƏNİB

Sabirabadda çoban intihar edib - YENİLƏNİB Sabirabad rayonunda çalışdığı fermanın tövləsində özünü asaraq intihar edən çobanın şəxsiyyəti məlum olub.
Hadisə
4 İyul , 2019 09:30
Sabirabadda çoban intihar edib - YENİLƏNİB

Sabirabad rayonunda çalışdığı fermanın tövləsində özünü asaraq intihar edən çobanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 1965-ci il təvəllüdlü Zülfüqar Məmmədov özünü heyvanların saxlanıldığı tövlədə asaraq intihar edib. 

Faktla bağlı araşdırma aparılır. 


*** 08:23

Sabirabad rayonunda çoban işləyən şəxs intihar edib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qalağayın kənd ərazisində qeydə alınıb. 

Belə ki, yataqların birində çoban işləyən, hələlik şəxsiyyəti məlum olmayan şəxs özünü asaraq intihar edib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi