Sabirabadda bir nəfər Kürdə batıb

Hadisə
  • 18 iyun, 2020
  • 14:12
Sabirabadda bir nəfər Kürdə batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. 

"Report" xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.