Sabirabadda avtomobillər toqquşub, xəsarət alanlar var

Sabirabadda avtomobillər toqquşub, xəsarət alanlar var Sabirabadda "Niva" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə
10 Dekabr , 2023 20:51
Sabirabadda avtomobillər toqquşub, xəsarət alanlar var

Sabirabadda "Niva" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qaratoğay kəndində qeydə alınıb.

Qəza zamanı kənd sakinləri: - 1959-cu il təvəllüdlü Kərimova İradə Hacımayıl qızı, 1998-ci il təvəllüdlü Bağırzadə Zinyət Qurban qızı və Bağırova Fərziyyə Hacımayıl qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi