Sabirabadda 8 yaşlı qızı avtomobil vurub

Sabirabadda 8 yaşlı qızı avtomobil vurub Uşağın vəziyyəti ağır olduğundan paytaxt Bakıya göndərilib
Hadisə
31 Yanvar , 2017 16:29
Sabirabadda 8 yaşlı qızı avtomobil vurub

Sabirabad. 31 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda uşağı avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bulaqlı kəndində qeydə alınıb.

Kənd sakini 8 yaşlı Hənifə Murad qızı İlyasovanı minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Xəstəxanada ilkin tibbi yardım göstərilib. Lakin uşağın vəziyyəti ağır olduğundan paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi