Sabirabadda 23 yaşlı gənci avtomobil vurub

Hadisə
  • 24 noyabr, 2022
  • 04:37
Sabirabadda 23 yaşlı gənci avtomobil vurub

Sabirabad rayonunda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.