Yuxarı

Sabirabadda 2 yaşlı uşağın üstünə qaynar su tökülüb

Onun vəziyyətinin ağır olduğu bildirilir

Bakı. 12 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunda 2 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb. “Report” xəbər verir ki, hadisə rayonun Çiçəkli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2013-cü il təvəllüdlü Əli Rəhim oğlu Quliyev evdə oynayarkən vedrədə qaynadılmış isti su üstünə tökülüb. Ağır yanıq xəsarətləri alan uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib.

Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi