Sabirabad sakininin evindən narkotik maddə aşkarlanıb - FOTO

Hadisə
  • 09 noyabr, 2016
  • 05:29
Sabirabad sakininin evindən narkotik maddə aşkarlanıb - FOTO

Sabirabad. 9 noyabr. REPORT.AZ/ Sabirabad sakininin evindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qəzli kəndində qeydə alınıb. 

Belə ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı həmin kəndin sakini Yasəf Məhəmməd oğlu Hüseynovun evinə baxış keçirilib. Bu zaman həyətyanı sahədə yardımçı binada sellofan torbada yığılan narkotik vasitə aşkarlanıb. 

Araşdırma zamanı 320 qram qurudulmuş marixuana olduğu üzə çıxıb. Saxlanılan şəxs narkotik vasitə aludəçisi olduğundan marixuanadan istifadə etdiyini bildirib. Yalnız bu yolla ağrılarını kəsə bildiyini söyləyən Y.Hüseynov tutduğu əməldən peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.