Sabirabad sakini kürəyindən bıçaqlanıb

Hadisə
  • 26 avqust, 2018
  • 04:27
Sabirabad sakini kürəyindən bıçaqlanıb

Sabirabad. 26 avqust. REPORT.AZ/ Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən axşam rayonun Muğan Gəncəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Elvin Muxtar oğlu sol kürək və sağ çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Məlumata görə, E.Həsənov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

44 filmi