​Sabirabad sakini Kür çayında batıb

​Sabirabad sakini Kür çayında batıb FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir
Hadisə
24 Sentyabr , 2015 09:42
​Sabirabad sakini Kür çayında batıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda bir nəfər çayda batıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində qeydə alınıb.

Adı açıqlanmayan şəxs Kür çayında çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi