Sumqayt
“Report” xəbər verir ki, hakim Gülnarə Tağızadənin sədrlik etdiyi iclasda apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, sabiq prokurorluq işçisi Vahid Əkbərov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Siyəzən Rayon Şöbəsinə qarşı iddia qaldırıb.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 15 fevral 2019-cu ildə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı iddianı təmin edib.
Qərarda prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əməkhaqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əməkhaqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı tarixdən (04 yanvar 2009-cu il tarixdən) orta aylıq əməkhaqqının hesablanmasında nəzərə alınmaqla həmin məbləğin yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, V.Əkbərov prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.