Sabiq post rəisi Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldırıb

Sabiq post rəisi Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldırıb Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Xaçmaz Dəniz Gömrük Postunun rəisi olmuş Elnur Nəcəfov vəzifəsinə bərpa edilməsi üçün məhkəməyə müraciət edib.
Hadisə
9 Dekabr , 2019 10:47
Sabiq post rəisi Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldırıb

Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Xaçmaz Dəniz Gömrük Postunun rəisi olmuş Elnur Nəcəfov vəzifəsinə bərpa edilməsi üçün məhkəməyə müraciət edib.

"Report" xəbər verir ki, Dövlət Gömrük Komitəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıran E.Nəcəfov vəzifəsinə bərpa edilməsi və ya digər buna bərabər vəzifəyə təyin edilməsi və iş buraxma dövründə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Hakim Vəfa Əzizova E.Nəcəfovun gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə Dövlət Gömrük Komitəsi sədrinin imzaladığı əmrin ləğv edilməsi barədə iddianın mümkün sayılmaması barədə qərardad çıxarıb.

Qərardaddan verilən şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası baxıb. Hakim Zaur Məmmədovun sədrlik etdiyi kollegiya apelyasiya şikayətini təmin etməyib və qərardad dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, E.Nəcəfov "Gömrük orqanlarında xidmət haqqında" əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən (təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə) xidmətdən azad edilib.

Son xəbərlər

Orphus sistemi