Sabiq deputatın şirkəti cərimələnib
Hadisə
- 24 iyun, 2019
- 08:02
"Tağıyev şirkəti" inzibati qaydada cərimə edilib.
"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmaması, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilinib.
Bu əmələ görə, hüquqi şəxslər üçün beş min manatdan on min manatadək məbləğdə cərimə nəzərə tutulub.
Nərimanov Rayon Məhkəməsinin 19 iyun tarixli qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Xatırladaq ki, “Avropa Qapıları” adı ilə qapı, pəncərə, ev, ofis və bağ evləri üçün quraşdırılmış mebellər, plastik və dəmir məhsullar satan "Tağıyev Şirkəti"nın sabiq deputat Baba Tağıyevə məxsus olduğu bildirilir.
Son xəbərlər
09:22
Japarov Qırğızıstanda sabitliyi pozmağa cəhd edənləri sərt cəzalandırımağa çağırıb
Region09:00
Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir
Futbol08:40
ABŞ hərbçiləri Ekvador narkokartelinin gəmisini ələ keçirib və batırıblar
Digər ölkələr08:32
NASA: "Starship" kosmik sisteminin sınaq buraxılışları hər həftə həyata keçirilə bilər
Digər ölkələr08:24
CENTCOM: ABŞ İranın blokadası çərçivəsində 82 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr08:08
ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib
Digər ölkələr07:56
Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb
Digər ölkələr07:45
Tərtərdə kişi su kanalında boğulub
Hadisə07:28