Saatlıda yol qəzası olub, xəsarət alan var

Saatlıda yol qəzası olub, xəsarət alan var Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
196
22 İyul , 2021 22:33
Saatlıda yol qəzası olub, xəsarət alan var
0 : 00
0 : 00

Saatlıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Cəfərxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Cəfərxan kənd sakini, 1995-ci il təvəllüdlü Süleymanov Rəsul Süleyman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

O, Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi