Saatlıda yol qəzasında xəsarət alanların kimliyi bəlli olub

Saatlıda yol qəzasında xəsarət alanların kimliyi bəlli olub Saatlıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb
Hadisə
20 Noyabr , 2022 22:41
Saatlıda yol qəzasında xəsarət alanların kimliyi bəlli olub

Saatlıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlim olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar rayonun Məmmədabad kənd sakinləri - 1958-ci il təvəllüdlü Feyziyev Nadir və 1978-ci il təvəllüdlü Cəfərova Günəşdir.

Hər iki yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında rayonun Məmmədabad kənd ərazisində baş verib.

Faktla bağlı araşdırma aparılır.

20:11

Saatlıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məmmədabad kənd ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi