Saatlıda yol qəzası baş verib, bir nəfər ölüb - YENİLƏNİB

Hadisə
  • 09 sentyabr, 2019
  • 06:38
Saatlıda yol qəzası baş verib, bir nəfər ölüb - YENİLƏNİB

Saatlı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, bu, rayon sakini, 1965-ci il təvəllüdlü Rasim Məmməd oğlu İsmayılov olub. 

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinə aparılıb.


*** 08:01


Saatlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Horadiz yolunun Saatlı rayonunun Qıraqlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Shaqman" və "VAZ 2107" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.