Saatlıda “Qazel” ilə motosiklet toqquşub

Saatlıda “Qazel” ilə motosiklet toqquşub Qəza nəticəsində iki nəfər xəsarət alıb
Hadisə
24 İyun , 2018 22:24
Saatlıda “Qazel” ilə motosiklet toqquşub

Saatlı. 24 iyun. REPORT.AZ/ Saatlı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, axşam saatlarında şəhərin “Proyezd” adlanan ərazisində “Qazel” markalı avtomobillə motosikletin toqquşması nəticəsində ikincidə olan rayonun Naharlı kənd sakinləri - 1999-cu il təvəllüdlü Həsənov Xaqani Arif oğlu və Rzayev Daşqın Vəkil oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hər iki yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra X.Rzayevin vəziyyəti ağır olduğundan o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi