Saatlıda 15 yaşlı oğlan yıxılaraq ölüb - YENİLƏNİB

Saatlıda 15 yaşlı oğlan yıxılaraq ölüb - YENİLƏNİB Saatlı rayonunda yıxılaraq ölən yeniyetmənin şəxsiyyəti məlum olub.
Hadisə
31 Mart , 2019 17:41
Saatlıda 15 yaşlı oğlan yıxılaraq ölüb - YENİLƏNİB

Saatlı rayonunda yıxılaraq ölən yeniyetmənin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, bu, rayonun Bəylik kənd sakini, 2004-cü il təvəllüdlü Rüstəm Vüqar oğlu Tarverdiyevdir. 

O, Bəylik kənd orta məktəbinin 9-cu sinif şagirdi olub. Hadisə məktəbdən evə qayıdarkən baş verib. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub və əraziyə baxış keçirilib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Saatlı şəhər şöbəsinə yerləşdirilib. 


*** 14:03

Saatlı rayonunda yeyetmə yıxılaraq ölüb.

"Report"un Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəylik kəndinin ərazisində baş verib. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yeniyetmə kəndin ərazisində olan bulağın yanında yıxılaraq başı daşa dəyib. 

Ağır xəsarət alan yeniyetmə ətrafdakıların kömkliyi ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanaya huşsuz vəziyyətdə gətirilən yaralının şəxsiyyətini müəyyən etmək olmayıb. O, xəstəxanada keçinib. 

Faklta bağlı araşdıralara başlanılıb.

Son xəbərlər

Orphus sistemi