Saatlı. 11 noyabr. REPORT.AZ/ Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, bunlar 1991-ci təvəllüdlü Qəmbərova Kəmalə Mahir qızı və onun 1 yaşlı oğlu Rauf Qəmbərovdur.
Hadisə 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi “Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.
***02:13
Saatlı. 11 noyabr. REPORT.AZ/ Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.
"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Hazırda ölənlərin kimliyi və hadisənin təfərrüatları aydınlaşdırılır.
Faktla bağlı ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.