Saatlıda avtomobil 75 yaşlı qadını vuraraq öldürdü

Saatlıda avtomobil 75 yaşlı qadını vuraraq öldürdü Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Hadisə
5 Mart , 2020 18:04
Saatlıda avtomobil 75 yaşlı qadını vuraraq öldürdü

Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayon mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb.

Belə ki, Saatlı şəhər sakini, 1945-ci il təvəllüdlü Həsənova Həqiqət Soltan qızı yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Ağır dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi