Saatlıda 31 yaşlı qadın intihara cəhd etdi

Saatlıda 31 yaşlı qadın intihara cəhd etdi Saatlıda intihara cəhd hadisəsi olub.
Hadisə
614
23 May , 2021 08:50
Saatlıda 31 yaşlı qadın intihara cəhd etdi

Saatlıda intihara cəhd hadisəsi olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Nəsimikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü iplə asaraq intihara cəhd edib. Lakin yaxınları bundan vaxtında xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olub. A.Bəkirova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi