Saatlı sakinindən silah-sursat götürülüb

Saatlı sakinindən silah-sursat götürülüb Saatlı. 19 fevral. REPORT.AZ/ Saatlı rayon sakinindən silah-sursat götürülüb.
Hadisə
19 Fevral , 2019 12:41
Saatlı sakinindən silah-sursat götürülüb

Saatlı. 19 fevral. REPORT.AZ/ Saatlı rayon sakinindən silah-sursat götürülüb. 

Bu barədə “Reportun Aran bürosuna DİN-in mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan məlumat verilib. 

Saatlı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədilə uğurlu əməliyyat tədbiri həyata keçirilib. Nəticədə Saatlı rayon sakini Aqşin Əsədov qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün saxlanılıb. Onun əlindəki torbaya baxış keçirilən zaman 1 ədəd “AK-74” markalı avtomat və ona məxsus 23 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi