​Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxsin apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb

​Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxsin apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb Məhkəmədə qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
16 Noyabr , 2015 15:07
​Rusiyadan Azərbaycana ekstradisiya olunan şəxsin apellyasiya şikayəti üzrə məhkəməsi başa çatıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Rusiya Federasiyasından Azərbaycana ekstradisiya olunan, qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən İlişayev Rauf Matatyayeviçin barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, R.İnşayev 2008-ci ildə Rusiya Federasiyasında qaçaqmalçılıqda və narkotik vasitələri satmaqda ittiham olunub. O, Rusiyada 10 il müddətinə azadlıqdan məhrum edilib. R.İnşayev bu il Azərbaycana ekstradisiya olunub. O, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.4-cü (bu mәcәllәsinin 206.1 - 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 28.234.4.1-ci (cinayətə hazırlıq, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (cinayətə hazırlıq, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində R.İlişayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsi tənzimlənib. Onun cəza müddəti 2008-ci ildən hesablanıb.

Son xəbərlər

Orphus sistemi