Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiyanın Ulyanovsk vilayətinin Leninski rayonunda Rusiyanın Narkotiklərə Nəzarət Federal idarəsi əməkdaşları 54 yaşlı azərbaycanlını həbs edib. "Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şübhəli şəxsin üzərinə baxış keçirilən zaman onun gödəkcəsinin yan cibindən 110 qram heroin tapılıb. Faktla bağlı cinayət işi başlanıb.
Narkotiklərə nəzarət idarəsinin əməkdaşları bölgədə qanunsuz heroin alveri ilə məşğul olan cinayətkar dəstənin fəaliyyət göstərdiyindən şübhələnir.