Yuxarı

Rusiyada heroini yolsuzluq avtomobilinə dəyişmək istəyən Azərbaycanın vətəndaşı həbs olunub - FOTO

Narkodiler barəsində iki cinayət işi açılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Rusiyanın Amur regionunda yaşayan Azərbaycan vətəndaşı üzərində yüksək keyfiyyətli heroinlə yaxalanıb. "Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, o, narkotik maddəni "Toyota Land Cruiser" yolsuzluq avtomobiliylə dəyişdirmək istəyib.

Amma satıcı rolunda narkotiklərə nəzarət şöbəsinin əməliyyatçıları olunca, alqı-satqı baş tutmayıb. Mübadilə üçün Talakan qəsəbəsinə gələn azərbaycanlı avtomobildən razı qalıb və malın bir hissəsini göstərib. Alıcının narkotikləri gətirdiyini görən əməliyyatçılar onu həbs edib.

Onun üzərində 240 qramdan çox heroin olub. Narkodilerin evində axtarış zamanı isə malın qalan hissəsi müsadirə olunub. Əməliyyat məlumatına görə, ümumi malın dəyəri 3 milyon rubldan, başqa sözlə 38 min ABŞ dollarından çox olub.

Narkodiler barəsində iki cinayət işi açılıb. Hazırda 46 yaşlı şəxs həbs edilib. Ona 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi