Rusiyada güllə yarasından ölmüş diaspor təşkilatı rəhbərinin oğlunun meyiti Bakıya gətirilib

Rusiyada güllə yarasından ölmüş diaspor təşkilatı rəhbərinin oğlunun meyiti Bakıya gətirilib Bakı. 7 dekabr. REPORT.AZ/ Rusiyanın Samara vilayətində güllə yarasından ölmüş Azərbaycan diaspor təşkilatı rəhbəri Şirvan Kərimovun oğlunun meyiti Bakıya gətirilib.
Hadisə
7 Dekabr , 2017 09:40
Rusiyada güllə yarasından ölmüş diaspor təşkilatı rəhbərinin oğlunun meyiti Bakıya gətirilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Rusiyanın Samara vilayətində güllə yarasından ölmüş Azərbaycan diaspor təşkilatı rəhbəri Şirvan Kərimovun oğlunun meyiti Bakıya gətirilib.

Mərhumun yaxınlarının "Report"a verdiyi məlumata görə, meyit dekabrın 5-də avtomobillə Samaradan Azərbaycana yola salınıb və dekabrın 7-də səhər saatlarında Bakıya çatıb.

Aqşin Kərimovun yas mərasimi Əhmədli qəsəbəsində keçiriləcək. Mərhum Günəşli qəbiristanlığında babasının yanında dəfn olunacaq.

Qeyd edək ki, 15 yaşlı A.Kərimov 9-cu sinifdə oxuyurmuş. O, dekabr ayının 5-də evdə olarkən odlu silahdan özünə atəş açıb, başından güllə yarası alan yeniyetmə hadisə yerində keçinib. Hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyi ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi