Rusiyada azərbaycanlı qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib

Rusiyada azərbaycanlı qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib İslam Babayev və Orxan Zöhrabov isə 25 və 26 il azadlıqdan məhrum olunublar
Hadisə
22 Fevral , 2017 16:18
Rusiyada azərbaycanlı qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib

Bakı. 22 fevral. REPORT.AZ/ Rusiyanın Samara Vilayət Məhkəməsi DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin Qərargah rəsinin müavini Andrey Qoşt və onun ailəsinin 5 üzvünün qətli ilə bağlı iş üzrə hökm oxuyub.

"Report" TASS-a istinadən xəbər verir ki, iki müttəhim ömürlük həbs cəzasına məhkum edilib.

"Məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq, müttəhimlər Əhmədovu və Fətəliyevi cəzalarını ciddi rejimli həbsxanada çəkməklə ömürlük, müttəhim Babayevi 25 il, müttəhim Zöhrabovu isə 26 il müddətinə azadlıqdan məhrum etmək qərarına gəlib" - hakim Mixail Kondakov hökmü elan edərkən deyib.

Xatırladaq ki, altı nəfərin - iki kişi və dörd qadının meyiti aprelin 24-də Samara vilayətinin Sızran rayonunun İvaşevka qəsəbəsində yerləşən yaşayış binasındakı mənzildə aşkar edilib. Qətlə yetirilənlərdən biri Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt, digərləri isə onun ailə üzvləri olub. Ölümünə qədər A.Qoşt Rusiya DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin Qərargah rəsinin müavini vəzifəsində çalışıb.

Hadisə ilə bağlı 3 Azərbaycan vətəndaşı - Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu qətli törətməkdə şübhəli bilinənərk saxlanılıb.

Son xəbərlər

Orphus sistemi