Rusiyada azərbaycanlı həmyerlisini öldürdüyü üçün 14 il həbs cəzası alıb
- 10 sentyabr, 2018
- 11:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiyanın Voronej şəhərində baş verən kütləvi dava zamanı həmyerlisini öldürən azərbaycanlıya 14 il həbs cəzası verilib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
İstintaqın versiyasına görə, 2017-ci il aprelin 19-da bir qrup insan şəhərin Volqoqrad küçəsindəki kafedə 50 yaşlı kişinin qız nəvəsinin doğum gününü qeyd edib. Mərasimdə, təxminən, 40 nəfər azərbaycanlı olub. Yekunda 37 yaşlı azərbaycanlı müttəhim və qardaşı üç tanışı ilə dava edib.
Dava əsnasında müttəhim qarşı tərəfdən bir nəfərin döş və baş, o birinin isə döş nahiyyəsinə bıçaqla bir neçə zərbə endirib. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb. Dava zamanı müttəhim və qardaşı da bıçaq yaraları alıb.