Yuxarı

Rusiyada Azərbaycan vətəndaşının evindən meyit tapılıb

Moldova vətəndaşı mənzildə təmir işi ilə məşğul olurmuş

Bakı. 30 Aprel. REPORT.AZ/ Bu gün və dünən Sankt-Peterburqun müxtəlif rayonlarında iki Moldova vətəndaşının meyiti tapılıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, polis əməkdaşları onlardan birini aprelin 29-da Obuxovskaya Oborona prospekti, ev 110-da yerləşən mənzildə aşkar edilib.

Meyit barədə mənzilin sahibi, 46 yaşlı Azərbaycan vətəndaşı məlumat verib. O, miqrantın mənzildə təmir işi ilə məşğul olduğunu bildirib.

Meyitn üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Digər vətəndaşın meyiti isə bu gün tapılıb. Hər iki meyit müayinə üçün morqa göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi