Rusiyada axtarışda olan azərbaycanlılar Belarusda saxlanılıb

Hadisə
  • 20 iyun, 2019
  • 13:44
Rusiyada axtarışda olan azərbaycanlılar Belarusda saxlanılıb

Rusiyada axtarışda olan azərbaycanlılar Belarusun Qomel şəhərində saxlanılıblar. 

“Report”un Avropa bürosunun məlumatına görə, bunlar 1981-ci il təvəllüdlü Rəhim Ağakərim oğlu Rəhimov və Sevda Əli qızı Ağayevadır.

Hər iki azərbaycanlı Rusiya vətəndaşıdır. Onlar oğurluq, quldurluq və qəsbkarlıqda ittiham olunurlar.

Saxlanılanların Rusiyaya təhvil verilməsi gözlənilir.