Yuxarı

​Rusiya sərhədini qanunsuz olaraq keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Hazırda onun məsuliyyətə cəlb edilməsi məsələsinə baxılır

Bakı. 8 Avqust. REPORT.AZ/ Rusiyanın Kalininqrad vilayətinin Baqrationovsk rayonunun Şirokoe qəsəbəsi ətrafında sərhəd dəstəsi tərəfindən 1983-cü il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

"Report" xəbər verir ki, o, dövlət sərhədlərinə çox yaxın ərazidə olmasını yerli gəzməli yerləri öyrənməsi ilə izah edib.

Lakin Moskvada ticarət şirkətlərindən birində işləyən kişinin şəxsi əşyalarına baxış onun dövlət sərhədini qanunsuz olaraq keçməyə hazırlaşdığını aydın şəkildə aşkara çıxarıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kalininqrad vilayəti üzrə Sərhəd İdarəsinin məlumatına görə, onun üzərində Avropa valyutasından əlavə Rusiya və MDB-nin avtomobil yollarına aid atlas, bir neçə cib bıçağı, mobil telefonlar və rus-fransız danışıq kitabçası olub.

Hazırda müvafiq icazə sənədləri olmadan sərhəd zonasına keçdiyinə görə, Azərbaycan vətəndaşının Rusiya qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməsi məsələsinə baxılır.

Yaxın vaxtlarda o, Federal Miqrasiya Xidmətinin Baqrationovsk şəhəri üzrə İdarəsinə təhvil veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi